Gənc rəssamların sərgisi

 

Respublika Mədəniyyət və Turizm Nazirliyi, eləcə də "Azərbaycan Hava Yolları"nın dəstəyi ilə Belçikanın paytaxtı Brüsseldə "Brenart" qalereyasında gənc rəssamlarımızın sərgisi təşkil edilmişdi.

Azərbaycanın Belçikadakı səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə beş gənc rəssamın 60 əsəri nümayiş olundu. Beş gün davam edən sərgidə nümayiş etdirilən rəsm əsərləri əcnəbilərin diqqətini çəkdi. Bu rəsmlər həm də Azərbaycan təbiətini, tarixini, bu gününü əks etdirmək baxımından olduqca heyrətamiz naxışlarla seyrçilərin rəğbətini qazandı.

 

Azərbaycan.-2013.- 25 iyun.- S.12.